İDMAN


“Böyük dəbilqə”: Cüdoçularımız turnirin ikinci gününü medalsız başa vurublar

Bakı, 19 fevral, AZƏRTAC

Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında Telman Vəliyev (73 kq) onaltıdabir finalda Lukas Rayter (Avstriya) ilə qarşılaşmalı olsa da, zədələndiyi üçün görüşə çıxmayıb. Komandamızın digər üzvü Zelim Tskayev (81 kq) birinci görüşündə yerli idmançı Ben Haroça qalib gəlsə də, növbəti qarşılaşmada Səyid Mollaiyə (Monqolustan) məğlub olub. Onunla eyni çəki dərəcəsində çıxış edən Hidayət Heydərov isə rumıniyalı Marsel Çerçaya qarşı ilk qarşılaşmasını uğurla başa vursa da, sonrakı mərhələdə niderlandlı Frank De Vit ilə görüşdən məğlub ayrılıb.

Qeyd edək ki, turnirin birinci günündə cüdoçumuz Davud Məmmədsoy (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Komandamızın digər üzvü - 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə isə yeddinci yeri tutub.

Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.