İDMAN


“Böyük dəbilqə”: Kişilər arasında yarışlarda Azərbaycan komandası birinci yerdədir

Bakı, 18 fevral, AZƏRTAC

Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirində ilk günün yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, kişilər arasında keçirilən yarışların nəticələrinə görə, Azərbaycan komandası birinci yerdə qərarlaşıb. Komandamızın aktivinə qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy yazdırıb. Komandamızın digər üzvü 66 kiloqram çəki dərəcəsində döyüşən Nicat Şıxəlizadə isə 7-ci yeri tutub. Turnirin birinci günündə mübarizə aparan qalan idmançılarımız - Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) yarışla erkən vidalaşıblar.

Kişilər və qadınlar arasında yarışların ümumi nəticəsinə görə, yığmamız Fransa, İsrail, İspaniya, Böyük Britaniya komandalarından sonra 5-ci yerdədir.

Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.