İDMAN
“Böyük dəbilqə” beynəlxalq turnirində 17 cüdoçumuz mübarizə aparacaq
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 9-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi 11 kişi və 6 qadın cüdoçu təmsil edəcək. Kişilər arasında Rəşad Yelkiyev (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Zəlim Kotsoyev (hər ikisi 100 kq), Şahin Qəhrəmanov və Uşanqi Kokauri (hər ikisi 100 kq-dan yuxar) mübarizə aparacaqlar.
Qadınlar arasında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Buyankşiq Purevsuren, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) və İrina Kindzerska (73 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.
Doxsan səkkiz ölkədən ümumilikdə 609 (onlardan 360-ı kişi, 249-u qadın) idmançının qüvvəsini sınadığı turnirə fevralın 10-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]