İDMAN


“Böyük dəbilqə” turniri: Cüdoçumuz Hidayət Heydərov finala vəsiqə qazanıb

Bakı, 11 may, AZƏRTAC

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, H.Heydərov əvvəlcə özbəkistanlı rəqibi Obidxon Nomonov, Macarıstan təmsilçisi Friqiyes Zaboyu, daha sonra rusiyalı Dmitri Yartsevi məğlub edərək yarımfinala adlayıb. O, yarımfinalda digər təmsilçimiz Rüstəm Orucovu məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, R.Orucov finala gedən yolda Kornel Andries (Moldova), Balbolda Bulqa (Monqolustan) və dörddəbir finalda almaniyalı Entoni Zinqanı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Olimpiya mükafatçısı bürünc medal uğrunda mübarizə aparacaq.

Üç gün davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu gücünü sınayır. Azərbaycan bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.