İDMAN


Azərbaycan komandası cüdo üzrə “Böyük dəbilqə” turnirini 4-cü yerdə başa vurub

Bakı, 25 oktyabr, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan komandası 1qızıl, 2 bürünc medalla başa vurub.

AZƏRTAC xəbər verir ki, yığma komandanın aktivinə qızıl medalı milli komandamızın üzvü Rüstəm Orucov (73 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev qazandırıblar. Digər idmançılarımızdan Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq 7-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan komandası 4-cü yerdə qərarlaşıb.

İdmançılarımız, həm də, Tokio Olimpiya Oyunlarına lisenziya xalları qazanıblar.

Ümumi nəticələrə görə, Rusiya 3 qızıl, 2 gümüş, 1 bürünc medalla birinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 17 cüdoçu ilə iştirak edib. Yarışda 61 ölkədən 405 idmançı mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.