İDMAN


“Böyük dəbilqə” turnirinin ikinci günü 4 cüdoçumuz tatamiyə çıxacaq

“Böyük dəbilqə” turnirinin ikinci günü 4 cüdoçumuz tatamiyə çıxacaq

Bakı, 25 mart, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Böyük dəbilqə” turniri davam edir.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirin ikinci günündə iki çəki dərəcəsində 4 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Kişilərin yarışında 73 kiloqram çəki dərəcəsində Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev, 81 kiloqram çəki dərəcəsində Rüstəm Orucov və Elcan Hacıyev güclərini sınayacaq.

İlkin görüşlər saat 10:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.