İDMAN


“Böyük dəbilqə”nin mükafatçısı Osaka turnirində iştirak etməyəcək

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 22-dən 24-dək Yaponiyanın Osaka şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycan komandasının heyətində dəyişiklik edilib. Osaka turnirində ölkəmizi 16 yox, 15 idmançı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda bu ilin mayında Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin mükafatçısı Telman Vəliyev (73 kq) iştirak etməyəcək. Kişilərin mübarizəsində Oruc Vəlizadə, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gücünü sınayacaqlar. Qadınların yarışında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinxorloo Munxtsedev (hər ikisi 57 kq) mübarizə aparacaqlar.

“Böyük dəbilqə” turnirinə 99 ölkədən 600-ə yaxın cüdoçu qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.