CƏMİYYƏT


“Böyük görüş” adlı tədbirdə xalqımızın əldə etdiyi möhtəşəm Zəfərdən bəhs edilib

Bakı, 22 may, AZƏRTAC

Mayın 21-də “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi şəhid ailələri və qazilərin iştirakı ilə “Böyük görüş” adlı tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid valideynləri, birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarının, eləcə də ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Böyük görüş”də şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, hərbi pilot, Milli Qəhrəman Viktor Seryoginin həyat yoldaşı Qalina Seryogina və qızı, Milli Məclisin deputatı Razi Nurullayev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Əməkdar artist Ağalar Bayramov və başqaları çıxış edərək Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi möhtəşəm yekdillik, 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi uğrunda əsgər və zabitlərin göstərdikləri misilsiz igidlik nümunəsi və qazanılan Zəfərin yaratdığı böyük ruh yüksəkliyindən danışıblar.

Sonda tədbir iştirakçılarına ziyafət verilib, Vətən müdafiəçilərinə və onların ailə üzvlərinə İctimai Birliyin diplomları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.