MƏDƏNİYYƏT


Böyük ideallar mücahidi

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin (1812-1878) 210 illiyinə həsr olunan “Böyük ideallar mücahidi” adlı tədbir təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən qonaqlar Azərbaycan ədəbi və ictimai fikir tarixində M.F.Axundzadənin xidmətləri, onun maarifçi-realist görüşləri, xalqının, millətinin gələcəkdə dünya xalqları arasında yer tutması üçün apardığı mübarizəsi haqqında ətraflı söz açıblar. Qeyd edilib ki, M.F.Axundzadənin 1850-1855-ci illər ərzində yaratdığı altı dram əsəri və ümumilikdə onun yaradıcılığı özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatında ədəbi məktəb formalaşdırıb.

Sonda Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığını əks etdirən sərgi açılıb və videoçarx nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.