Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Böyük ideallar sahibi, görkəmli yazıçı İsa Hüseynov-Muğanna

Böyük ideallar sahibi, görkəmli yazıçı İsa Hüseynov-Muğanna

Bu gün Xalq Yazıçısı İsa Muğannanın anadan olmasının 90-cı ildönümü tamam olur

Bakı, 12 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Muğannanın (Hüseynov) doğum günüdür. Onun haqqında dünya şöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 31 may tarixli Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilməkdədir.

İsa Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. İsa Hüseynov N.Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq Yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilib.

İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

İ.Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirib.

Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək bəhrələnərək şedevrlər yaradıb.

İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq Yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib.

Görkəmli yazıçı 2014-cü il, aprelin 1-də ömrünün müdriklik çağında 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filarmoniyasında Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib

Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub

Vaxtanq Maisaya: Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı işdən çıxarılıb

Şirvanda küçələrin asfaltlanması işləri görülür

Giorgi Qoqua: Ermənistan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir

Papa Fransisk ənənəvi “Angelus” duasını yenə videobağlantı ilə edib

Saatlı sakini babasından qalmış yivli silahı könüllü olaraq polisə təhvil verib

İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb

Marneulidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması

COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub YENİLƏNİB

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək

Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olunub

Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb VİDEO

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb

Sabah paytaxtda şimal-qərb küləyi əsəcək

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Nəsimi, Səbail və Xətai rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib