Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Böyük strateji əhəmiyyət kəsb edən Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri olan rayondur

Böyük strateji əhəmiyyət kəsb edən Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri olan rayondur

Bakı, 1 dekabr, AZƏRTAC

Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbürd, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizləyib. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan kapitulyasiyasını elan edib. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli olub.

Bu gün Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğalı dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb.

Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.

Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim tipi, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.

Rayonun meşə fondu işğal dövründə əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.

Laçında 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın diametri 210 sm, hündürlüyü 26 metr, yaşı isə 400 il təşkil edib. Rayon ərazisində ümumi sahəsi 1092 ha olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Burdakı ağacların yaşı 100-150 ilə çatır.

Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir.

Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 m hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Gölün dərinliyi 5-6 metr olmaqla vulkanik mənşəlidir. Qaragölün əsas biokütləsində “Gammarus lacustris” şirinsu xərçəngi mühüm yer tutmaqla qiymətli balıq növü olan Qızılxallı balıq (forel) üçün yem bazası hesab olunub. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil, aerokosmik şəkillərdən gölün tamamilə quruduğu müşahidə edilib. Ətraf çəmənliklər sistemsiz olaraq intensiv otarılmaqla bitki örtüyü korlanıb.

Laçın Dövlət Təbiət Yasaqlığı: 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20 000 hektar ərazidə yaradılıb. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), Şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), sulbalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Sahəsinin 7 369 ha və ya 34,5%-i meşə sahəsi, 1 448 və ya 6,8%-i alp çəmənliyi, 7 400 ha və ya 34,8%-i subalp çəmənliyi, 4 257 ha və ya 20% otlaqlar, 862 və ya 4% qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb. Meşələri əsasən vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycan Respublikasında ancaq həmin yasaqlıqda yayılıb.

Həkəriçay Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 1180 km2, uzunluğu 113 km, çoxillik orta su sərfi 10,8 m3/san, illik axımın həcmi 341 mln.m3-dir.

Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəriçayına tökülür. Axımı əsasən qar və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 88 km2, uzunluğu 25 km-dir.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göldən Laçın rayonu ərazisində yerləşən Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl böyük antropogen təsirə məruz qalıb.

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

 

S/s

Yataqların adı

Yatağın növü

Təsdiq edilmiş ehtiyatı

1

Quşçu

sement xammalı

2 144 min m3

2

Laçın

əhəng xammalı

4 458 min ton

3

Hocaz

üzlük daşı

2 533 min m3

4

Yuxarı  Həkəriçay

qum-çınqıl

15 794 min m3

5

Əhmədli

mişar daşı

4 752 min m3

6

Novruzlu

gil

998 min m3

7

Fingə-I

üzlük daşı

2 160 min m3

8

Fingə-II

üzlük daşı

1 800 min m3

9

Vağazin

üzlük daşı

3 200 min m3

10

Bozdağan

üzlük daşı

7 645,7 min m3

11

Qaraqışlaq I

tikinti daşı

1 740 min ton

12

Əhmədli I

sement xammalı

21 000 min ton

13

Qızılca II

sement xammalı

210 min ton

14

Minkənd

sement xammalı

75 min ton

15

Yaxartəpə

sement xammalı

2 203 min ton

16

Sonasar

sement xammalı

600 min ton

17

    Qızılca-Suss

sement xammalı

2 500 min ton

18

Suss

sement xammalı

2 040 min ton

19

Zabux

sement xammalı

1 575 min ton

20

Əliqulu

sement xammalı

781 min ton

21

Pircahan

sement xammalı

780 min ton

22

Quşçu-I

sement xammalı

450 min ton

23

Quşçu-II

sement xammalı

3 267 min ton

24

Mirik

sement xammalı

2003,63 min m3

25

  Qarakeçdi-I

sement xammalı

1315,86 min m3

26

Seyidlər

sement xammalı

656,6 min m3

27

Qarakeçdi-II

sement xammalı

3926,5 min m3

28

Qoçaz

sement xammalı

720,8 min m3

29

Kamallı-I

sement xammalı

2176,02 min m3

30

Kamallı-II

sement xammalı

2176 min m3

31

Zərti

sement xammalı

15 min m3

32

Ahnəzər

əlvan daş

915 min ton

33

Minkənd

sement xammalı

75 min ton

34

Qarabəyli

vermikulit

263 min ton

35

Dəlikdaş

vermikulit

183 min ton

36

Çorman

vermikulit

3,7 min ton

37

Narzanlı

vermikulit

1683 min ton

38

Narzanlı

civə

Filiz - 71788 ton

Hg - 441,6 ton

39

Sarıbulaq

civə

Filiz - 1056,6 ton

Hg - 48,33 ton

40

Çilgəzçay

civə

Filiz - 112056 ton

Hg - 359,3 ton

 

Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri (xalq daş heykəltəraşlıq) abidələridir.

Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.

Məlikəjdər türbəsi

Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan, pir kimi ziyarət edilən, yerli əhalinin Məlik Əjdər türbəsi kimi tanıdığı türbədir. Alimlər abidəni XIII-XIV əsrə aid edirlər. Türbənin üzərində verilən naxışlar və işlənmiş heyvan obrazlarının Xaçındərbətli kəndində olan türbənin naxışları ilə oxşarlığı da belə nəticəyə gəlməyə imkan verir.

Ağoğlan məbədi

 

Ağoğlan monastrı Laçın rayonunun Kosalar kəndi ərazisində yerləşir. İşğal dövründə Ermənistan Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlamış, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus bir çox ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun formalarını dəyişdirərək tanınmaz hala salıb.

Sarı Aşığın xatirə muzeyi

 

XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi1989-cu ildə rayonun Güləbird kəndində istifadəyə verilib. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan edilib.

Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbiristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir.

Həmzə Soltan sarayı

 

Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndində yerləşir. XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalıb. Rayonun işğalından sonra memarlıq abidəsi olan Həmzə Soltan sarayı Ermənistan tərəfindən otel kimi istifadə edilib və içərisində böyük dəyişikliklər aparılıb.

Dəmirovlu Pir məbədi

Dəmirovlu Pir məbədi yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Laçın Tarix-Diyarşünaslıq Muzeyi

Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə fəaliyyətə başlayıb. Muzeyin ümumi sahəsi 1200 m2-dir.

Muzeyin fondu 10 mindən çox eksponat təşkil edib. Muzeyin həyətində açıq səma altında ekspozisiya da fəaliyyət göstərib, burada müxtəlif əsrlərdə hazırlanmış qədim tarixə malik bədii daş nümunələri, at və qoç fiqurları, süjetli oymalar, kənd təsərrüfatı alətləri və bir çox məişət əşyaları nümayiş etdirilib.

1992-ci ildə Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılıb, eksponatları məhv və talan edilib.

Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb.

Laçında bir sıra uşaq musiqi məktəbləri də fəaliyyət göstərib. Laçın şəhər Əli Quliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi 1966-cı ildə yaradılıb. Bu təhsil ocağı 1992-1995-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu, İnşaatçılar Mədəniyyət Sarayında, 1995-2008-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu, Səttərxan adına Mədəniyyət Evində fəaliyyət göstərib. 2008-ci ildən bu günədək məktəb Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 1B ünvanında fəaliyyətini davam etdirir. Laçın rayon Şəlvə kənd Uşaq Musiqi Məktəbi 1985-ci ildə yaradılıb. Hazırda fəaliyyətini Sumqayıt şəhəri Sarı Qaya qəsəbəsi, Şəfəq pansionatının klub binasında davam etdirir. Laçın rayon Şamkənd kənd Uşaq Musiqi Məktəbi 1988-ci ildə yaradılıb. Məktəb yaranandan 1992-ci ilədək Laçın rayon Şamkənd kəndində, 1992-ci ildən 2004-ci ilədək Şəki rayonu Çələbixan kəndində fəaliyyət göstərib. 2004-ci Ağcabədi rayonu Taxtakörpü qəsəbəsindəki 552 saylı yaşayış məhəlləsində fəaliyyətini davam etdirir. Laçın rayon Ərdəşəvi kənd Uşaq Musiqi Məktəbi 1989-cu ildə yaradılıb. Rayonun işğalından sonra məktəb fəaliyyətini Abşeron rayon Pirəkəşkül qəsəbəsində Uşaq bağçasının binasında davam etdirir.

1999-cu ildə Saatlı rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı Ulu Öndər Heydər Əliyev Laçın şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin yaradılmasına qərar verib, həmin məktəb 2000-ci ildən fəaliyyətə başlayıb. Məktəbin “Laçın Qayası” ansamblı hər il hərbi hissələrdə və rayonun müxtəlif tədbirlərində fəal iştirak edir. Məcburi köçkünlər yeni evlərə köçürüldükdən sonra məktəb Xırdalan şəhərində Laçın şəhər 1 saylı tam orta məktəbin yerləşdiyi binada fəaliyyətini davam etdirir.

Laçın rayon Mədəniyyət evi 1930-cu ildən fəaliyyət göstərir. Mədəniyyət evi rayonun işğalından əvvəl Laçın şəhərinin mərkəzində xüsusi dövlət sifarişi əsasında inşa edilmiş, ən müasir texniki qurğularla, səhnə avadanlıqları ilə və keyfiyyətli inventarlarla təchiz edilmişdir. Mədəniyyət evi sahəsi 3700 m2 olan mədəniyyət sarayında fəaliyyət göstərirdi. 1982-ci ildən Mədəniyyət Nazirliyinin əmri əsasında Laçın rayonunun Mədəniyyət Evinin nəzdində “Xalq Teatrı” yaranmışdır. “Xalq Teatrı” hazırda kiçik səhnə əsərlərini tamaşaya qoymaqla rayon sakinlərinə xidmət göstərir. Laçın rayonunun işğalı nəticəsində rayon Mədəniyyət Evinin bütün əmlakı işğal zonasında qalmışdır.

Laçın rayon Mədəniyyət evi Ağcabədi rayonu Taxta-Körpü qəsəbəsində 250 nəfərlik tamaşaçı yeri olan yeni inşa edilmiş binada yerləşir. 2015-ci il Laçın rayon Mədəniyyət evi Laçın Rayon Mədəniyyət Mərkəzi adı ilə fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşalrı qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər