Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Böyük zəhmətin, fədakarlığın, vətənpərvərliyin, dövlətə və xalqa sarsılmaz sədaqətin təcəssümü: Müasir Naxçıvan

Böyük zəhmətin, fədakarlığın, vətənpərvərliyin, dövlətə və xalqa sarsılmaz sədaqətin təcəssümü: Müasir Naxçıvan

Naxçıvan, 12 mart, AZƏRTAC

Ümummilli Liderimizin əsasını qoyduğu inkişaf strategiyası uğurla davam etdirilir

Muxtar respublikada ötən illər ərzində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi, dövrün tələblərinə uyğun islahatların aparılması nəticəsində dövlət idarəçiliyi müasir meyarlara uyğun qurulub, mövcud resurslardan, daxili imkanlardan səmərəli istifadə edilməklə dayanıqlı iqtisadi sistem formalaşdırılıb. Fərdi və ictimai maraqlar qorunmaqla sahibkarlıq fəaliyyəti genişləndirilib, kənd təsərrüfatının və sənayenin inkişafı təmin edilib. Bununla yanaşı infrastruktur quruculuğu uğurla aparılıb, inkişaf tempinə adekvat olaraq dövlətin və cəmiyyətin sosial və institusional strukturları möhkəmlənib. Ötən müddətdə muxtar respublika miqyasında çoxsaylı iş yerlərinin açılması, əməkhaqlarının hər il artırılması, insan kapitalının formalaşdırılması, sağlam ekoloji mühitin yaradılması, idxalatdan ixracata keçilən şərəfli yol strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür. Bu mənada blokada vəziyyətində yaşayan Naxçıvanda son 25 ildə əldə edilən uğurlar dünyanın iqtisadi praktikası üçün nadir nailiyyət, bizim üçün isə çəkilən böyük zəhmətin, fədakarlığın, vətənpərvərliyin, dövlətə və xalqa sarsılmaz sədaqətin real həyatdakı təcəssümüdür.

Naxçıvanda gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi
və idmanın roluna böyük əhəmiyyət verilir

Bir diyarın daha da güclənməsi, tərəqqisinin davamlı xarakter alması üçün təhsilin inkişafı ilə yanaşı, həmin məkanda yaşayan insanların, xüsusən lokomativ hesab edilən gənclərin, necə deyərlər, sağlam bədənə və sağlam ruha sahib olması da böyük əhəmiyyət kəsb edir. Bu həm də sağlam cəmiyyətin möhkəmlənməsi, sağlam nəslin yetişməsi baxımından da əhəmiyyətlidir. Reallıqdır ki, idmanla məşğul olan, sağlam həyat tərzi yaşayan hər bir gənc əzmkarlıq, dözümlülük, səbir, mübarizlik, təşəbbüs kimi önəmli keyfiyyətlər də qazanmış olur ki, bu da onların fəaliyyət göstərəcəyi sahələrdə uğur qazanmalarına şərait yaradır. Diqqət yetirsəniz görərsiniz ki, idmanla məşğul olanları passiv həyat tərzi yaşayanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də sağlam düşüncəyə malik olmaları, hər şeyə daha təmkinlə yanaşmalarıdır.

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu məsələlərə toxunaraq deyib: “Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən Vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır”.

Bu gün muxtar respublikada 58 idman müəssisəsi və 886 idman obyekti fəaliyyət göstərir. İdmanın tədrisi və gənclərin fiziki hazırlığı ilə 812 müəllim məşğul olur. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada stolüstü tennis, üzgüçülük, həndbol, fitnes, aerobika və Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölmələrində, həmçinin digər idman növləri üzrə qızların sayı artmaqdadır. Uşaq və gənclərin idmana cəlbi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikada idman tədbirləri beynəlxalq xarakter alır. Müasir idman infrastrukturu və bu sahəyə göstərilən qayğının nəticəsidir ki, 2019-cu ildə Naxçıvanda 1 ölkə və 5 beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Muxtar respublika idmançıları ötən il idmanın müxtəlif növləri üzrə nailiyyətlər əldə edib, dünya, Avropa və beynəlxalq turnirlərdə 190, Azərbaycan çempionatlarında 179 medal qazanıblar. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 18 yaşadək olan idmançılardan 1-i idman sahəsində nailiyyətlərinə görə Gənc istedadların xüsusi təqaüdünə layiq görülüb və adı “Qızıl kitab”a yazılıb.

“Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirədə Ali Məclisin Sədri deyib ki, qazanılan nailiyyətlərlə kifayətlənməməli, muxtar respublikada idman sahəsində həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilməlidir.

Bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdıran və müvafiq tapşırıqlar verən Ali Məclisin Sədri müşavirədə müzakirə olunan məsələlərin idmanın kütləviliyinin təmin olunmasına töhfə verəcəyini bildirib, muxtar respublikada idman sahəsində qazanılan nailiyyətlərdə əməyi olanlara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri 2019-cu ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 3 məşqçi-müəllimə mükafat təqdim edib.

Prezident İlham Əliyevin diqqət və qayğısı yeni-yeni uğurlara yol açır

Ulu öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində Naxçıvan amili həmişə mühüm yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində muxtar respublikanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün məsələlərdə olduğu kimi, Naxçıvanın daha parlaq gələcəyinin təmin olunması məsələsində də dahi şəxsiyyətin siyasi kursuna sadiqdir. Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə qeyd edib ki, Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Ona görə də muxtar respublikada bütün bu məsələlər davamlı olaraq öz həllini tapmalıdır. Sevindirici haldır ki, ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, Ümummilli Liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində bu gün Naxçıvan bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edir. Ölkə rəhbəri muxtar respublikada gedən inkişaf proseslərini həmişə yüksək qiymətləndirib.

Dövlətimizin başçısı fevralın 4-də Ali Məclisin Sədrini qəbul edib. Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlətimizin başçısına məruzə edib. O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə vurğulayıb.

Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Ali Məclisin Sədrini təbrik edib. Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq, prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirib.

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif olunub. Həmin gün Prezident İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim edib.

Ali Məclisin Sədri onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sahibkarlığın inkişafına yaradılan əlverişli şərait nəticəsində təkcə ötən il 84 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb

Son illər Naxçıvanda yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı çoxsaylı istehsal və xidmət sahələri yaradılıb, istehlak mallarına olan tələbatın ödənilməsində sahibkarlıq müəssisələrinin çəkisi artıb. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.

Muxtar respublikada sahibkarlığın inkişafına yaradılan əlverişli şərait nəticəsində 84 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, 247 iş yeri açılıb. Hazırda muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlə sənaye tutmaqdadır. Ötən il sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olub. Muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 29 milyon 16 min manatdan artıq kredit verilib ki, bunun da 10 milyon 715 min 730 manatı muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun payına düşüb.

Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 3 soyuducu anbarın genişləndirilməsi, 4 soyuducu anbarın yaradılması başa çatdırılıb. Hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir.

Naxçıvanda əhalinin əksər hissəsinin kəndlərdə yaşaması bu sahə üzrə sahibkarlığın inkişafını zərurətə çevirib. Real vəziyyət nəzərə alınaraq kənd təsərrüfatının kompleks inkişafı təmin edilib, sahibkarlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunublar. Bu gün torpaq mülkiyyətçiləri və fermerlər güzəştli şərtlərlə texnika və avadanlıqlarla, kredit, subsidiya və gübrə ilə təmin edilirlər. Mütərəqqi suvarma sistemləri qurulur, istehsal olunan məhsulların daxili bazarda rahat satışı, ixracı və dövlət tərəfindən qəbulu həyata keçirilir.

Ailə təsərrüfatları kiçik və orta sahibkarlığın ilkin formasıdır. Ona görə də ötən il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatı ili” elan olunub, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilib, ailə təsərrüfatlarına dövlət maliyyə dəstəyi artırılıb, 87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli şərtlərlə kreditlər verilib.

Müasir dövrün reallığı bundan ibarətdir ki, istehsal olunan məhsulların ixrac potensialını yaratmadan özəl bölmənin inkişafından danışmaq mümkün deyil. Bu sahədə muxtar respublikada dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, sahibkarlara dəstək verilir, ixracın təşviqi sahəsində ardıcıl tədbirlər görülür. Nəticə isə uğurludur. On ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. 2019-cu ildə də muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dollarından çox olub, ticarət əməliyyatlarının 85 faizdən çoxu ixracın payına düşüb. Muxtar respublikada şəffaf vergi sisteminin formalaşdırılması iqtisadi inkişafı təmin etməklə yanaşı, həm də sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açıb. Xüsusilə vergi inzibatçılığına yol verilməməsi, vergi nəzarətinin təkmilləşdirilməsi və uçotun düzgün aparılmasının nəticəsidir ki, 2019-cu ildə büdcə gəlirlərinin 84 faizə yaxını vergi daxilolmaları hesabına formalaşıb.

Yuxarıda qeyd olunan faktlar fevralın 6-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı diqqətə çatdırılıb.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: “Müasir dövrdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri də sahibkarlığın inkişafıdır. Bu amilin vacibliyini daim ön planda saxlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Sahibkarlığın inkişafı yeni iş yerləri yaradır, istehlak bazarına yeni məhsul növü çıxarır, vergi ödəyicilərinin sayını artırır, iqtisadi islahatların sosial bazası kimi əhalinin orta təbəqəsini formalaşdırır”. Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı yeni mərhələyə yüksəlmişdir. Yaradılan əlverişli investisiya mühiti və göstərilən dövlət dəstəyi sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının isə 98 faizi özəl bölmənin payına düşür”.

Çıxışında Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün bütün tədbirlər görülüb. Qalır yaradılan imkanlardan səmərəli istifadə etmək. Aid dövlət qurumları yerli xammala əsaslanan və tələbatı ödəyən istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini artırmalı, biznes-planlar düzgün hazırlanmalı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilməməlidir. Sahibkarlar da onlar üçün yaradılmış işgüzar mühitdən səmərəli istifadə etməli, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsal olunmalıdır.

“2020-ci il muxtar respublikamızda “İxrac ili” olduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın, istehsalın və ixracın həcmi artsın”, – deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sahibkarlar təbəqəsi güclənməlidir. Çünki bu, ölkəmizin gələcəyidir” fikirləri ilə tamamlayıb.

Görüşdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Ali Məclisin Sədri orden, medal və fəxri adları, eləcə də “Rəşadətli əməyə görə” nişanını təqdim edib. Muxtar respublika rəhbəri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 12 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib, Naxçıvan Biznes Mərkəzində istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni model avtomobillərə baxıb.

Ali Məclisin Sədri muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ixrac olunan məhsullara vergi güzəştlərinin tətbiq edilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması və yerli xammalla işləyən müəssisələrin yaradılması, xidmət sahələrinin fəaliyyəti ilə bağlı Tədbirlər Planının hazırlanması, Naxçıvan Avtomobil Zavodu tərəfindən ehtiyat hissələri təminatı və texniki xidmətin təşkili barədə tapşırıqlar verib.

Heydər Əliyev siyasi xəttinə ümumxalq sevgisinin Naxçıvan nümunəsi

2020-ci il fevralın 9-u ölkəmizdə mühüm ictimai-siyasi hadisə ilə yadda qalıb. Həmin gün keçirilən seçkilərdə seçicilər Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə yaradılmış 316 seçki məntəqəsindən 25 namizəd, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 namizəd arasında seçim ediblər.

Fevralın 9-da Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib, seçki prosesinin gedişi ilə maraqlanıb.

Qeyd edək ki, həmin gün seçici siyahılarına daxil edilmiş 271 min 771 nəfərdən 190 min 669-u, yəni 70,2 faizi seçkidə iştirak edib. Seçki qutularında aşkar edilən bülletenlərdən 187 min 807-si, yəni 98,5 faizi etibarlı hesab edilib. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməyib, aşkarlıq təmin edilib, müxtəlif xarici və yerli, o cümlədən siyasi partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləyiblər.

Seçkinin nəticələri ilə bağlı ən çox diqqəti cəlb edən məqam isə cənab Vasif Talıbovun parlament seçkilərində seçicilərin böyük etimadını qazanaraq ölkə üzrə namizədlər arasında 94,6 faiz səs toplamaqla ən yüksək nəticə göstərməsi olub. Bu, inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, yenidən tikilib ucaldılmış, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan diyarında ötən 25 il ərzində vətənpərvərliklə görülən işlərə seçicilərin böyük rəğbətinin nümunəsidir. Təsadüfi deyil ki, bir çoxları Naxçıvanı “Şərqin qapısı”nda qurulan “kiçik Avropa” adlandırırlar. Bütün bunları isə nadir siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və mübarizə məktəbinin bilavasitə yetirmələri həyata keçirib.

Zəngin tarixə malik əlaqələr inkişaf edir

Bu gün Azərbaycan ilə İran arasında münasibətlər özünün inkişaf dövrünü yaşayır. İkitərəfli əlaqələrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əməkdaşlıq xüsusi yer tutur. Ötən dövrdə bu istiqamətdə mühüm işlər görülüb, enerji, nəqliyyat, təhsil, turizm, iqtisadi-ticarət və səhiyyə sahələrində əməkdaşlıq üçün hərtərəfli zəmin yaradılıb. 2019-cu il dekabrın 1-dən etibarən muxtar respublikaya səfər edən İran İslam Respublikası vətəndaşlarının giriş və viza tələbindən azad olunması isə əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Rəsmi qəbulda iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam İnqilabının 41-сi ildönümü münasibətilə qardaş İran xalqını təbrik edib, İran dövlətinə inkişaf və tərəqqi arzulayıb. Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “İran ilə Azərbaycan arasındakı əlaqələrin çox zəngin tarixi vardır. Biz Azərbaycan-İran əlaqələrinə xüsusi əhəmiyyət veririk. Ümid edirəm ki, gələcəkdə də bu əlaqələr inkişaf edəcəkdir” fikirlərini xatırladaraq deyib: “Bu gün Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq ilbəil möhkəmləndirilir. Ölkə Prezidentlərinin qarşılıqlı səyləri, həyata keçirilən rəsmi səfərlər dövlətlərarası münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib”.

Ali Məclisin Sədri səmimi dostluq və qardaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib, bir daha İran xalqını İslam İnqilabının ildönümü münasibətilə təbrik edib.

İqtisadi-sosial tərəqqi yeni mərhələdə davam etdiriləcək

Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Sonra öz işinə başlayan sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirə edilib. Seçicilər və deputatlarla yanaşı, həm də bütün muxtar respublika əhalisinin yekdil fikri ifadə edilərək 7 saylı Aralıq seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

Hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısı deputat Vasif Talıbovun lehinə səs verib. Beləliklə, Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.

Ali Məclisin Sədri sessiyada proqram xarakterli çıxışında bundan sonra muxtar respublikanın inkişafı, yüksəlişinin davamlı xarakter alması üçün prioritet istiqamətləri qeyd edərək deyib: “Biz qarşıdakı dövrdə də Ulu Öndərin yoluna sadiq qalaraq Naxçıvan Muxtar Respublikasının inkişafını təmin etməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaratmalı, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq”.

Ali Məclisin Sədri muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulayıb.

Bu məqamda xatırladım ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hələ 1995-ci il dekabrın 5-də keçirilən sessiyasında birinci dəfə Ali Məclisin Sədri seçilən Vasif Talıbovun bəyan etdiyi aşağıdakı mülahizələr bügünkü reallığı dolğun şəkildə əks etdirir. O deyib: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”.

Bu qısa bəyanatda həm tarixin bütün sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin siyasətinə dərin sədaqət, həm də böyük əzmkarlıq ifadə olunub. Təsadüfi deyil ki, bu il fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasındakı çıxışında Heydər Əliyev siyasi xəttinin alternativi olmadığını vurğulayan Ali Məclisin Sədri deyib: “Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.

Ötən illər ərzində gərgin, ardıcıl və səmərəli fəaliyyətin uğurlu nəticələri seçilmiş yolun nə qədər düzgün olduğunu bir daha təsdiq edib. Buna görə də Vasif Talıbovun yenidən Ali Məclisin Sədri seçilməsi muxtar respublika sakinləri tərəfindən alqışlarla qarşılanıb. Artıq hər bir sakin əmindir ki, qədim diyarımızda milli-mənəvi, ideoloji dəyərlərimizin yaşadılması, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişlərin əldə olunması bundan sonra da təmin olunacaq, iqtisadi-sosial tərəqqi yeni mərhələdə davam etdiriləcəkdir.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram 

Belə bir deyim var: “Keçmişi unutma, çünki o, gələcəyin müəllimidir”. Böyük məna kəsb edən bu sözlər həm də onu ifadə edir ki, əgər hər hansı bir xalq və ya dövlət keçmişdən ibrət alıb vaxtında tədbir görməsə tarix təkərrür edə, baş vermiş dəhşətli hadisələr yenidən təkrarlana bilər. Necə ki, xalqımızın tarixində iz qoyan faciələr bir əsrdə 3 dəfə (1905-1907, 1918-1920, 1948-1953-cü illərdə) təkrarlanıb. Dördüncüsü isə daha dəhşətli olub: 1992-ci ildə 25-dən 26-na keçən gecə törədilən Xocalı faciəsi ermənilərin həyata keçirdikləri soyqırımı siyasətinin davamı idi. Bütün bu reallıqların həm dünyaya, həm də gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl işlər görmək isə hər birimizin vətəndaşlıq borcudur. Dövlətimizin həyata keçirdiyi siyasət bu baxımdan böyük əhəmiyyətə malikdir.

Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə tər güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Görülən kompleks tədbirlər Naxçıvanın intensiv inkişafına təkan verib

Naxçıvan Muxtar Respublikasında böyük dövlətçilik konsepsiyasının qətiyyətlə həyata keçirilməsi, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi və bunun ardıcıllıqla reallaşdırılması onun sürətli və hərtərəfli yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, muxtar respublikada vaxtilə geridə qalmış aqrar ucqarlar belə, müasirləşdirilib, yüksəldilib, orada həyat canlandırılıb, özəl sektorun inkişafı təmin edilib. Buna paralel olaraq yeni iş yerləri açılıb, tibb və təhsil sahəsində insan kapitalının inkişafı stimullaşdırılıb, vətəndaş fəallığı artırılıb. Bu gün uzaqgörənliklə həyata keçirilən abadlıq-quruculuq işləri, möhtəşəm layihələr özünün genişmiqyaslılığı və səmərəliliyi ilə seçilir. Görülən kompleks tədbirlər Naxçıvanın intensiv inkişafına, innovasiya mədəniyyəti bazisinin formalaşmasına təkan verib. Ötən ay reallaşdırılan tədbirlər də tərəqqinin davamlı xarakter almasına hesablanıb.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

Şirvan şəhərindəki FHN-in yanğın-taktiki təliminə 16 texnikası və 45 əməkdaşı cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb