İQTİSADİYYAT


Böyükşor gölünün üzərindən inşa olunan yeni yolun tikintisi ilin sonunadək yekunlaşacaq

Bakı, 29 noyabr, AZƏRTAC

Böyükşor gölünün üzərindən inşa olunan yeni yolun tikintisi ilin sonuna qədər yekunlaşacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli avtomobil yolunda tikinti işlərinin böyük hissəsi artıq yekunlaşıb.

“Uzunluğu 2,7 kilometr olacaq yeni avtomobil yolu Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Böyükşor gölünün üzərində çəkilən və uzunluğu 1600 metrə yaxın olan bənddə asfaltlama işləri görülüb. Yolun əvvəlində və sonunda iki tunel inşa olunur. Tunellərdən birinin tikintisi tam başa çatıb. Uzunluğu 416 metr olan ikinci tunelin inşası isə davam etdirilir. Tunel 6 hərəkət zolaqlı olacaq. Yolun 2300 metrlik hissəsində asfalt beton örtüyünün döşənməsi işləri aparılıb. Digər hissədə isə torpaq yatağının, yol əsasının tikintisi bitmək üzrədir. Ümumilikdə yeni avtomobil yolunun tikintisinin tam olaraq bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur”, - deyə A.Nəcəfli əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.