DÜNYA


Boyun nahiyəsində başından böyük şiş olan körpə əməliyyatla normal həyata qaytarılıb

Bakı, 1 fevral, AZƏRTAC

Rusiyanın Perm şəhərində yaşayan, boyun nahiyəsində anadangəlmə böyük ölçüdə şiş olan iki yaşlı körpə alman həkimlər tərəfindən normal həyata qaytarılıb.

Rusiyada həkimlər Maksim adlı körpənin həyatda qalma şansının olmadığını bildiriblər. Çünki onun boyun nahiyəsindəki şiş hətta başından da böyük olub. Öz vətənində müalicəsi mümkün olmadığı üçün o, təcili olaraq Almaniyaya aparılıb. Altı ay müddətində Maksim üç dəfə əməliyyat olunub və beş dəfə kimyaterapiya alıb. Həkimlər şişin metastaz vermədiyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.