İDMAN


Brahim Diaz “Real Madrid” klubuna transfer olunub

Bakı, 29 dekabr, AZƏRTAC

İngiltərənin “Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi Brahim Diaz “Real Madrid”ə transfer olunub.

AZƏRTAC İspaniyanın “Marca” nəşrinə istinadla xəbər verir ki, Madrid klubu 19 yaşlı oyunçuya görə, “Mançester Siti”yə 15 milyon avro ödəyəcək.

Yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 4 oyunda iştirak edib və 2 qolun müəllifi olub.

Qeyd edək ki, ispan futbolçu peşəkar karyerasına 2016-cı ildə “Mançester Siti”də başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.