SİYASƏT


Brahim Laituss: İslamofobiyanın artmasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının böyük rolu vardır

Brahim Laituss: İslamofobiyanın artmasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının böyük rolu vardır

Bakı, 15 mart, AZƏRTAC

Müsəlmanlara qarşı ayrı-seçkilik avropalılara da təsir edir. Ona görə ki, Avropa üçün təhlükəsizlik çox vacib məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Belçikanın Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının direktoru Brahim Laituss “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Fransada islamofobiya” adlı aralıq sessiyada deyib.

O, eyni zamanda qeyd edib ki, islamofobiyanın geniş vüsət almasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının da böyük rolu vardır. Alimlər elmi tədqiqatlar zamanı İslam dini ilə bağlı axtarış edərkən müxtəlif saytlarda çoxsaylı fərqli məlumatlar ortaya çıxır. Bu da həqiqət axtarışında çətinliklər yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.