DÜNYA


Bratislava məhkəməsi “Qrinpis”in üzvlərini azadlığa buraxıb

Brüssel, 14 dekabr, AZƏRTAC

Bratislava məhkəməsi “Qrinpis” ekologiya təşkilatının əcnəbi üzvlərinin həbsdə saxlanılması üçün əsas olmadığına görə onları azadlığa buraxmaq barədə qərar qəbul edib.

AZƏRTAC xatırladır ki, bu həftə fəallar “Novaki” kömür şaxtasında aksiya keçiriblər. Onlar kopyorun üstünə dırmaşaraq, üzərində kömürün ətraf mühitə ziyanı barədə sözlər yazılmış plakat asıblar. Slovakiya qanunlarına əsasən, belə hərəkətlərə görə beş il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.