DÜNYA


Bratskda qəza enişi etmiş təyyarənin sərnişinləri Düseldorfa uçublar

Tokio, 13 may, AZƏRTAC 

Yaponiyadan gələn ehtiyat təyyarəsi Rusiyanın Bratsk şəhərində qəza enişi etmiş laynerin sərnişinlərini göyərtəsinə qəbul edərək Düseldorfa uçub. Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Mayın 12-də Tokiodan Düseldorfa uçan “All Nippon Airways” (ANA) şirkətinə məxsus “Boeing-787” sərnişin təyyarəsi Bratsk şəhərində qəza enişi edib. Təyyarənin göyərtəsində 121 sərnişin və 12 heyət üzvü olub. İlkin məlumatlara görə, təyyarənin mühərriklərindən birində nasazlıq aşkar olunub. Təyyarə uğurlu eniş edib və zərərçəkən olmayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.