İDMAN


Braun Hemiltonun titullar üzrə Şumaxerin rekordunu yeniləyəcəyini istisna etmir

Bakı, 23 noyabr, AZƏRTAC

Formula 1 çempionatının idman direktoru Ross Braun “Mercedes” komandasının pilotu, altıqat dünya çempionu Luis Hemiltonun hesabında yeddi titulun olduğu Mixael Şumaxeri üstələyəcəyi ehtimalını irəli sürüb.

AZƏRTAC xəbər verir ki, Ross Braun “Planet F1” portalına müsahibəsində deyib: “Mercedes” güclü komandadır. Hətta yeni reqlamentin yaratdığı şəraitdə belə onlar öz işinin öhdəsindən gələcəklər. Əgər Luis komandada qalsa, o, hələ bir neçə titul qazanacaq.

Əsas məsələ bundadır: o, yeni çağırışı qəbul etmək istəyəcəkmi? Mixael “Benetton” komandasının tərkibində çempion olmuşdu, sonra “Ferrari”də çətin çağırışı qəbul etmək istədi. Luis karyerasının sonunda bu cür çağırışı qəbul etmək istəyəcəkmi? Yaxud ona hər şeyin yaxşı məlum olduğu və sabitliyin hökm sürdüyü yerdə qalacaq?”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.