İDMAN


Braziliya Argentina millisini minimal hesabla məğlub edib

Bakı, 17 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 16-da Səudiyyə Ərəbistanın Ciddə şəhərində Braziliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş braziliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Pentakampeon"ın heyətində yeganə qolun müəllifi oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqəsində (90+3) Miranda olub. Bu qol İtaliyanın "İnter" klubunun müdafiəçisinin milli komandanın heyətində üçüncü qolu olub.

Qeyd edək ki, bu komandalar ümumilikdə 115 dəfə qarşılaşıb. Oyunların 46-sı braziliyalıların, 43-ü argentinalıların qələbəsi ilə başa çatıb. Tərəflər 26 dəfə heç-heçəyə razı olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.