Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonarudan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Braziliya Hökuməti və xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayaraq, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm.

Hörmətlə,

Jair Bolsonaru

Braziliya Federativ Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin