Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan xalqının müsəlman dünyasında demokratik inkişafın ilk modelini yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi 100 illik yubileyi münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.

Braziliya və Azərbaycan arasındakı əlaqələrin hazırkı inkişaf mərhələsi iki ölkənin tərəqqisinə və rifahına töhfə verir.

Hörmətli cənab Prezident, xalqlarımız arasındakı dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün daim çalışacağıma əmin olun.

Zati-aliləri, Sizə xoşbəxtlik, ali dövləti vəzifənizin həyata keçirilməsində uğurlar arzulayıram. Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.

 

Mişel Temer

Braziliya Federativ Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin