DÜNYA


Braziliya Prezidenti koronavirusa yoluxub

Bakı, 7 iyul, AZƏRTAC

Braziliya Prezidenti Jair Bolsonaro koronavirusa (COVID-19) yoluxub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, dövlət başçısının ötən gün verdiyi testin nəticələri pozitiv çıxıb. O, yoluxmanın simptomlarının üzə çıxmasından, xüsusən də hərarətinin yüksəlməsindən sonra test verib.

Qeyd edək ki, Braziliyada bu infeksiyaya yoluxma halı artmaqda davam edir. İyulun 6-na olan məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 65 min nəfərdir. Virusa yoluxma sayı 1,6 milyon nəfər təşkil edir ki, Braziliya bu göstərici üzrə ABŞ-dan sonra ikinci yerdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.