İDMAN
Braziliya-Seneqal yoldaşlıq oyunu Neymar üçün əlamətdar olub
Bakı, 11 oktyabr, AZƏRTAC
Seneqalla yoldaşlıq oyunu Braziliya millisinin və “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Neymar üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu bu görüşdə yığma komandanın heyətində 100-cü dəfə meydana çıxıb. Hücumçu bu göstəricidə Robinyoya çatıb və Braziliya millisində ən çox oynayan futbolçular sırasında “TOP-6”da yer alıb.
Qeyd edək ki, Braziliya yığmasının heyətində ən çox meydana çıxan futbolçuların siyahısına “Milan”ın sabiq müdafiəçisi Kafu başçılıq edir (142 oyun). Siyahıda Roberto Karlos (125 oyun), Dani Alves (117oyun), Lusio (105 oyun) və Klaudio Taffarel (101 oyun) də yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]