İDMAN


Braziliya ciu-citsusu üzrə Bakı birinciliyi keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Hövsan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-Citsu Federasiyasının Braziliya Ciu-Citsu departamentinin təşkilatçılığı ilə baş tutub.

Yarış müxtəlif yaş qrupları, çəki dərəcələri və kəmər sahibləri üzrə uşaqlar və yeniyetmələr arasında keçirilib.

Turnirdə 200-ə yaxın idmançı mübarizə aparıb. Bakı birinciliyinin açılış mərasimində Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mirəli Seyidov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Cəlil Əlizadə, federasiyanın vitse–prezidenti Seymur Səfərov, Braziliya Ciu-Citsu Departamentinin rəhbəri Azər Beydullayev çıxış edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıblar.

Birincilikdə idmançılar Braziliya ciu-citsu idman növünün Gİ və No-Gi versiyası üzrə mübarizə aparıblar.

Yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.