SİYASƏT
Braziliya səfiri: Bakı forumu BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəyərli töhfədir
Bakı, 26 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu qurumun dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəyərli töhfədir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Forumun iştirakçısı, Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz səsləndirib.
"Bu tədbir vətəndaşlara göstərilən dövlət xidmətlərinin təkmilləşdirilməsi, eləcə də daha şəffaf və səmərəli çatdırılması baxımından çox əhəmiyyətlidir. Forum, həmçinin iştirakçılar arasında dövlət xidmətləri sahəsində ən yaxşı yerli təcrübələrin paylaşılması və əməkdaşlıq münasibətlərinin qurulması üçün nadir platformadır. Düşünürəm ki, bu mötəbər tədbir BMT-nin dayanıqlı inkişaf məqsədlərinin icrasına mühüm dəstək olacaq", - deyə səfir qeyd edib.