REGİONLAR


Braziliya səfiri: Təəssüf ki, atəşkəsə riayət olunmadı VİDEO

Gəncə, 12 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC

Həlak olanların ailələrinə başsağlığımızı çatdırırıq. Biz bu yaxınlarda da bildirdiyimiz kimi, müharibə ən tez zamanda sülh və danışıqlar prosesi ilə əvəz edilməlidir. Təəssüflə bildirmək istəyirik ki, bu, getdikcə daha da çətinləşir.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz bildirib.

“Braziliya hökuməti olaraq biz sülh danışıqlarını yeganə çıxış yolu kimi görürük. Təəssüf ki, atəşkəsə riayət olunmadı. Lakin biz nikbinik və düşünürük ki, atəşkəs razılaşması qüvvədə qalacaq. Biz Moskva danışıqlarını sülhə doğru atılan ilk addım kimi müsbət qiymətləndiririk”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.