SİYASƏT


Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Braziliyanın aparıcı “Rebe TV” telekanalının “Por Brasilia” (Braziliya ətrafında) proqram çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovun müsahibəsi yayımlanıb.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibəsində E.Poluxov Braziliya ilə Azərbaycan arasında əlaqələrin qurulmasının tarixi, ölkələrimizin ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı və onun perspektivləri, inkişaf etdirilməsi tələb olunan iqtisadi münasibətlərin potensialından danışıb.

Həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələrinə, son zamanlar bu ölkənin təcavüzkar ritorikası və beynəlxalq aləmin buna reaksiya verməməsi məsələlərinə də toxunulub.

Diplomat, eyni zamanda, ölkəmizdə COVID–19 pandemiyası ilə mübarizə və qazanılan müsbət nəticələr, ölkə rəhbərliyinin bu məsələyə verdiyi xüsusi diqqət, Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu xəstəliklə mübarizədə atdığı addımlar, qaldırdığı təşəbbüslər və onlara xaricdə verilən geniş dəstək haqqında danışıb.

Qeyd edək ki bu müsahibə “Rebe TV” telekanalında ölkəmizə həsr edilmiş “Azərbaycan diqqət mərkəzində” adlı silsilə proqramların ilk hissəsi olub. Bu proqram hər həftənin şənbə günləri efirə çıxır və bazar günü təkrarlanaraq sosial şəbəkələr vasitəsi ilə də yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.