ELM VƏ TƏHSİL


Braziliya universitetləri UNEC-lə əməkdaşlıqda maraqlıdır

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri “Erasmus+” mübadilə proqramı çərçivəsində Macarıstanın Dunayvaroş Universitetində mühazirə oxuyublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Macarıstan, Rusiya, Rumıniya, Braziliya və Çinin elm adamlarının iştirak etdiyi tədbirdə iqtisadiyyat (rus dilində) kafedrasının dosenti Leyla Hacıyeva “Turizmin əsas tendensiyaları: gənclər turizmi”, dissertant Zümrüd Nəcəfova isə “Azərbaycanda kiçik və orta müəssisələr üçün dəstək infrastrukturunun inkişaf etdirilməsi” mövzularında məruzə ilə çıxış ediblər. UNEC-in müəllimləri konfransın “Maraqlı məruzə” sertifikatı ilə təltif olunublar.

Konfrans ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, müasir təhsil modellərinin təbliği, elmi əməkdaşlığın inkişaf etdirilməsi, tədqiqatçı və doktorantların araşdırmaları ilə tanışlıq məqsədi daşıyıb. UNEC-in müəllimləri Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan Azərbaycan Dövlət iqtisad Universiteti haqqında təqdimatla çıxış ediblər. Universitetin fəaliyyətinə və nailiyyətlərinə maraq göstərən Braziliyanın ali təhsil müəssisələrindən olan nümayəndə heyəti UNEC-lə səmərəli əməkdaşlıq qurmaq niyyətində olduqlarını bildiriblər. Onlar birgə layihələr həyata keçirilməsini təklif edərək bu tərəfdaşlığın uğurlu olacağına əminliklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.