İDMAN


Braziliya yığması ilə oyun zamanı Argentina millisinin dörd futbolçusu saxlanılıb

Bakı, 6 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 5-də futbol üzrə Argentina millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Braziliya seçməsinin qonağı olub.

AZƏRTAC xəbər verir ki, matçın 4-cü dəqiqəsində Braziliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Argentina millisinin 4 oyunçusunun saxlanılması üçün stadiona daxil olublar.

Belə ki, İngiltərədən Braziliyaya gələn - Emiliano Buendia, Emiliano Martinez, Kristian Romero və Ciovanni Lo Celso saxlanılıblar. Buna səbəb həmin futbolçuların İngiltərədən qayıtdıqdan sonra 14 günlük karantin rejimində qalmamaları olub.

Futbolçuların saxlanılmasından sonra Argentina millisinin üzvləri soyunub-geyinmə otağına yollandıqlarından matç təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.