MƏDƏNİYYƏT


Braziliyada Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş fotosərgi açılıb

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Braziliya Milli Konqresinin binasında Azərbaycanın Braziliyadakı səfirliyinin, Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajadonun dəstəyi ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş “Azərbaycanın Mədəniyyəti, Ənənələri və Peyzajı” adlı fotosərginin açılış mərasimi olub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə səfir Elxan Poluxov ölkəmizin mədəniyyəti, adət-ənənələri, eləcədə Azərbaycan və Braziliya arasında formalaşmış ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı haqqında tədbir iştirakçılarına məlumat verib.

Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajado ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.

Tədbirdə Braziliya parlamentinin deputatları, senatorları, Braziliya Xarici Əlaqələr Nazirliyinin əməkdaşları, eləcə də Braziliya akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Fotosərginin açılış mərasimi yerli mətbuat tərəfindən işıqlandırılıb.

Fotoşəkillər Braziliya Milli Konqresində aprelin 23-dən mayın 3-nə kimi sərgilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.