DÜNYA
Braziliyada hər gün 4 qadın qətlə yetirilir
Bakı, 8 fevral, AZƏRTAC
İnter-Amerika İnsan Hüquqları Komissiyasının hesabatına görə, Braziliyada hər gün orta hesabla dörd qadın qətlə yetirilir. Bu hesabatın açıqlanmasından sonra Rio-de-Janeyronun mərkəzində zorakılığa etiraz edən qadınların etiraz aksiyası keçirilib.
AZƏRTAC “The Rio Times” saytına istinadla xəbər verir ki, aksiya iştirakçıları 2019-cu ilin əvvəlindən Braziliyada 126 qadının öldürülməsi və zərif cinsin 67 nümayəndəsinin qətlinə cəhd cinayətlərin qarşısının alınması üçün tədbirlər görülməsi, qadın zorakılığına son qoyulması məqsədilə cinayət məcəlləsinə dəyişikliklər edilməsi tələbləri ilə çıxış ediblər. Bildirilib ki, təkcə Rio-de-Janeyro ştatında hər il orta hesabla 300, San-Pauloda isə 400 qadın qətlə yetirilir. Qatillərin əksəriyyəti öldürülənlərin həyat yoldaşı və ailə üzvləridir.
Braziliya Senatından etiraz aksiyası keçirənlərə bildiriblər ki, qanunverici orqan bu məsələ ilə əlaqədar qanunlara yeni əlavə və dəyişikliklər hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]