DÜNYA


Braziliyada iki binanın çökməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

Bakı, 16 aprel, AZƏRTAC

Braziliyanın Rio-de-Janeyro şəhərindəki favelada qanunsuz tikilən iki binanın çökməsi nəticəsində azı 15 nəfər həlak olub.

AZƏRTAC Brasil agentliyinə istinadla xəbər verir ki, binaların çökməsinin səbəbi hələlik məlum deyil, lakin onların şəhərdə leysan yağışlarından ən çox zərər çəkən rayonda yerləşdiyi bildirilir.

Qəza zamanı, həmçinin 8 nəfər xəsarət alıb, onlardan 4-ü hələ də xəstəxanada müalicə olunur. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Bir qədər əvvəl Rio-de-Janeyro bələdiyyəsi bədbəxt hadisənin baş verdiyi ərazidə tikilən azı üç binanın söküləcəyini bildirib. Rayondakı digər binaların taleyi isə yoxlamalardan sonra məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.