DÜNYA


Braziliyada koronavirusla bağlı ölüm hallarının sayında yeni rekord qeydə alınıb

Madrid, 4 mart, AZƏRTAC

Braziliyada son sutka ərzində COVID-19 səbəbindən 1641 ölüm halının qeydə alınmasından sonra pandemiyanın başlanğıcından bəri gündəlik ölüm hallarının rekord sayı qeydə alınıb.

AZƏRTAC Braziliyanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bazar ertəsindən bu günə qədər qeydə alınmış rəqəmlər 29 iyul tarixində müəyyən edilmiş rekord göstəricidən çoxdur. Belə ki, o vaxt bu Cənubi Amerika ölkəsində bir gündə 1595 nəfər həlak olmuş, pandemiyanın ilk dalğası isə öz pik nöqtəsinə çatmışdı.

Hazırda dünyada pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olan Braziliya COVID-19-un ikinci dalğasını, dövlət və özəl xəstəxanalarda yaşanan kollaps dövrünü yaşayır. Rəsmi məlumatlara görə, ölkədə 257 min 562 nəfər həlak olub. Son 24 saat ərzində 59 min 925 nəfər yoluxub, yoluxanların ümumi sayı isə 10 milyon 647 min 845 nəfər təşkil edir.

Bu rəqəmlər təsdiq edir ki, 212 milyon əhalisi olan Cənubi Amerika ölkəsi COVID–19-un qlobal ocaqlarından biridir və yalnız ABŞ-dan sonra dünyada koronavirusdan ən çox ölüm halları olan ikinci ölkədir.

Braziliyada əhalinin təxminən 3 faizi peyvənd olunub. Ölkə yeni dozaların alınması ilə bağlı danışıqlarda vaksinlərin çatışmazlığı və çətinliklər kimi immunizasiya prosesində bir sıra maneələrlə üzləşir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.