DÜNYA


Braziliyada meşə yanğınları nəticəsində Belçika böyüklüyündə ərazi məhv olub

Madrid, 19 avqust, AZƏRTAC

Bu ilin yeddi ayı ərzində Braziliyada baş vermiş yanğınlar nəticəsində 29.330 kvadrat kilometr meşə məhv olub. Bu, ölçüsünə görə Belçika böyüklüyündə ərazi deməkdir.

AZƏRTAC xəbər verir ki, Braziliyanın Torpaqdan istifadə və iqlim dəyişmələrinə qarşı mübarizə şəbəkəsi (Mapbiomas) tərəfindən dərc edilmiş araşdırmaya görə, Amazioniada yanğınlar bu bölgənin sahəsinin 7 faizini, yəni təqribən 14,800 kvadrat kilometrlik ərazini əhatə edib (bu, Timor-Leştinin ərazisinə ekvivalentdir). Nəticədə dünyada ən böyük tropik meşənin vəziyyəti kritik həddə çatıb.

Quql sisteminin texnoloji dəstəyindən istifadə edən və Dünya Vəhşi Təbiət Fondu kimi beynəlxalq ekoloji təşkilatların üzvlərinin daxil olduğu Mapbiomas təşəbbüsünün məlumatına görə, bu il Braziliyada yanğınların məhv etdiyi ərazinin dörddə üç hissəsi təbii otlaqlara, beşdə bir hissəsi meşələrə aiddir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.