DÜNYA
Braziliyada sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 53-ə çatıb
Bakı, 27 yanvar, AZƏRTAC
Braziliyanın cənub-şərqindəki Minas Gerais əyalətində güclü yağış səbəbindən baş verən sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Minas Gerais əyalətində 44, Esprito Santoda isə 9 nəfərin öldüyü bildirilir.
Mülki müdafiə qüvvələri yaralıların sayının 19, itki düşənlərin sayının isə 25 nəfərə çatdığını bildiriblər.
Qeyd edək ki, aramsız leysan yağışları 72 min insanın evlərini tərk etməsinə səbəb olub. Yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsi nəticəsində çox sayda ev dağılıb, ağaclar və elektrik dirəkləri aşıb. Sel fəlakəti ilə bağlı 47 şəhərdə fövqəladə vəziyyət elan edilib.
Braziliya Milli Meteorologiya İnstitutunun məlumatına görə, ölkə tarixində ən çox yağış Belo Horizonteyə yağıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib. Təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb və ölənlərin xatirəsinə ölkədə üçgünlük matəm elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]