DÜNYA
Braziliyada xəstəxanada baş verən yanğın nəticəsində 11 nəfər ölüb
Bakı, 13 sentyabr, AZƏRTAC
Dünən axşam saatlarında Braziliyanın Rio-de-Janeyro şəhərindəki Hospital Badim xəstəxanasında baş verən güclü yanğın nəticəsində azı 11 nəfər həlak olub. Ölənlərin cəsədləri bu gün səhər binanın içərisində aşkarlanıb.
AZƏRTAC “Globo” qəzetinə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, yanğın qısa qapanma nəticəsində başlayıb. Tüstü qısa müddətdə bütün binaya yayılıb. Hadisə zamanı klinikada 103 pasient və xəstəxananın 220-dən çox əməkdaşı olub. Xəstələrin əksəriyyəti təcili təxliyə olunaraq digər müalicə müəssisələrinə göndərilib.
Hazırda insidentin baş verdiyi rayonda xilasetmə işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]