DÜNYA


Braziliyada yoxsulluq səviyyəsi rekord həddə çatıb

Madrid, 9 avqust, AZƏRTAC

Azaldılmış təcili yardımlar, inflyasiyanın artması və COVID-19 pandemiyasından sonra əmək bazarının qeyri-kafi bərpası səbəbindən 2021-ci ildə Braziliyanın 22 iri şəhərində yoxsulların sayı 19,8 milyona çatıb.

AZƏRTAC xəbər verir ki, Braziliya Coğrafiya və Statistika İnstitutunun məlumatına görə, bununla da yoxsulların sayı meqapolislərin əhalisinin 23,7 faizinə çatıb ki, bu da tarixi rəqəmdir. Koronavirus pandemiyası həssas ailələrin vəziyyətini daha da ağırlaşdırıb.

2021-ci ildə yoxsulluğun ən yüksək olduğu paytaxt bölgələri Manaus (41,8 faiz) və Grand Sao Luis (40,1 faiz) olub. Bu regionlarda adambaşına düşən gəlir ayda 30 dollardan bir qədər çoxdur.

 
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.