İDMAN


Braziliyalı Danilo Argentina ilə oyunda zədələndiyi üçün meydanı ağlayaraq tərk edib

Bakı, 17 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

İngiltərənin “Mançester Siti” klubunun braziliyalı müdafiəçisi Danilo ötən gün ölkəsinin milli komandasının Argentina yığması ilə keçirdiyi yoldaşlıq görüşündə zədələnməsi ilə əlaqədar əvəzlənərkən meydanı ağlayaraq tərk edib.

AZƏRTAC xəbər verir ki, futbolçu 53-cü dəqiqədə Fabinyo ilə əvəzlənib. Onun meydanı tərk etməsinə baxmayaraq, oyun “pentakampeonlar”ın minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə Miranda vurub. Bu qol İtaliyanın “İnter” klubunun müdafiəçisinin milli komandanın heyətində üçüncü qolu olub.

Qeyd edək ki, Braziliya və Argentina milliləri ümumilikdə 115 dəfə qarşılaşıblar. Oyunların 46-sı braziliyalıların, 43-ü argentinalıların qələbəsi ilə başa çatıb. Komandalar 26 dəfə heç-heçəyə razı olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.