İDMAN


Braziliyalı futbolçu Kafu Xüsusi Olimpiya Hərəkatının səfiri elan olunub VİDEO

Bakı, 26 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 26-da Bakı İdman Sarayında braziliyalı futbol veteranı, ikiqat dünya çempionu Kafunun Xüsusi Olimpiya Hərəkatının səfiri elan olunmasına dair sənəd imzalanıb

AZƏRTAC xəbər verir ki, mərasimdə veteran futbolçu ilə yanaşı, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.

D.Evangelista gənc liderlərin 20-ci Qlobal Forumunun Bakıda təşkilinə görə gənclər və idman naziri Azad Rəhimova təşəkkür edib: “Bu gün Kafu və Emmauelleni burada görmək xoşdur. Onun kimi məşhur futbolçu bizim səfirimiz olacaq. Bundan sonra da dairəmizi genişləndirməyə çalışacağıq”.

Kafu bildirib ki, Bakıya ilk səfərində bu cür tədbirdə iştirak etmək onun üçün çox xoşdur: “Xüsusi Olimpiya Hərəkatı ailəsinin üzvü olmaq mənim həyatımda ən xoşbəxt anlardan biridir. Puldan və hər bir qalibiyyətdən önəmlisi, məncə, uşaqların üzünü güldürməkdir”.

Sonra Kafu və D.Evangelista əməkdaşlıq müqaviləsi imzalayıblar.

Qeyd edək ki, Kafu 1989-2006-cı illərdə Braziliya millisində çıxış edib. 48 yaşlı müdafiəçi karyerası ərzində vətənində “San Paulu”, “Palmeyras”, İspaniyanın “Saraqosa”, İtaliyanın “Roma” və “Milan” klublarının formasını geyib. O, 1994-cü və 2002-ci il dünya çempionatlarının qalibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.