CƏMİYYƏT


Braziliyalı jurnalist Ermənistanın sülh danışıqlarından yayınma cəhdlərini pisləyib

Bakı, 3 oktyabr, AZƏRTAC

Gürcüstanın “24news.ge” xəbər saytı Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan Keyros Mendesin təcavüzkar Ermənistanın son təxribatlarına münasibətini işıqlandırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Fabiana Ceyhan özünün Ermənistan işğalından azad edildikdən sonra Qarabağa səfər edən ilk braziliyalı jurnalist olduğunu deyərək qeyd edib: “Öz baxışıma və təcrübəmə əsasən deyə bilərəm ki, bu ərazi Azərbaycanın bir hissəsidir və BMT Təhlükəsizlik Şurası tərəfindən də tanınıb. Bu ərazilərdən Bakıya mənim kimi maşınla gedəndə asanlıqla başa düşürsən ki, bu torpaq coğrafi mövqeyinə görə də Azərbaycana məxsusdur”.

Müsahibədə Ermənistanın törətdiyi vandallıq aktlarına diqqət cəlb olunub: “Qarabağda bəzi ərazilər var idi ki, biz orada ancaq xarabalıqlar və minalar gördük. Orada heç kim yaşamırdı, sadəcə, torpaqları minalayıb boş saxlayırdılar. Heç bir irəliləyiş və investisiya olmadan minalar yerləşdirilib. Mən bütün bunların canlı şahidi olmuşam”.

Jurnalist vurğulayıb ki, Ermənistanın son təxribatları yenidən sülh danışıqlarından yayınmaq məqsədi güdürdü. Əlbəttə, bu məqsədyönlü idi, lakin Azərbaycan hökumətinin uzaqgörən siyasəti nəticəsində yenidən atəşkəs imzalanıb. Düşünürəm ki, Ermənistan hökuməti və erməni xalqı regionda sülh istəyirsə, BMT-nin qəbul etdiyi qətnamələr əsasında hərəkət etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

O qeyd edib ki, dünyada gedən siyasi proseslər baxımından da heç bir addım Ermənistanın xeyrinə deyil və rəsmi İrəvan regional irimiqyaslı layihələrdən yararlanmaq üçün indiki şansı qaçırmamalıdır. Onlar bu gün bu şansı əldən versələr, tarixdə böyük səhv etmiş olacaqlar. Ermənilər sülh müqaviləsinə imza atıb dinc yolla getməlidirlər. Çünki Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.