SİYASƏT


Braziliyalı müəllim və tələbələr Azərbaycanın enerji geosiyasəti barədə məlumatlandırılıb

Bakı, 1 aprel, AZƏRTAC

Martın 31-də Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Mina Jerays Universitetinin (UFMG) Beynəlxalq Tədqiqatlar Mərkəzinin müəllim və tələbə heyəti, onlayn izləyicilər üçün “Azərbaycanda enerji geosiyasəti” mövzusunda mühazirə oxuyub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, ilk növbədə, 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi tariximizdə qaldığı və bu faciəvi günlərdə erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər, 1990-ci illərdə baş vermiş Birinci Qarabağ müharibəsi və erməni təcavüzü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin keçən il Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, hazırda bu bölgədə bərpa işlərin aparıldığı və regionda sülhün bərqərar olması naminə dövlətimiz tərəfindən atılan addımlar haqqında danışılıb.

Mühazirə zamanı dinləyicilər Azərbaycanın enerji geosiyasətinin təməlini qoyan ümummilli lider Heydər Əliyevin bu sahədə əvəzsiz rolu, ölkəmizin dünyanın siyasi və enerji xəritələrində ön plana çıxması istiqamətində yürütdüyü uzaqgörən siyasət və onun nəticələri barədə məlumatlandırılıb. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin davamlı və milli maraqlarımıza söykənən siyasəti nəticəsində bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm aktorlar sırasında yer tutduğu vurğulanıb.

Çıxışında səfir E.Poluxov ölkəmizin enerji siyasəti sahəsində gələcək planlar və perspektivlər barədə də danışıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.