İDMAN


Braziliyalı velosipedçi: Burada olduğum üçün çox xoşbəxtəm

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycanda ilk dəfədir oluram. Bakı Veloparkı çox möhtəşəmdir və burada idmançılar üçün mükəmməl şərait yaradılıb.

Bu sözləri velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatının mükafatçısı braziliyalı Fernanda Maçiel AZƏRTAC-a müsahibəsində deyib.

Bakıda yüksək qonaqpərvərliklə qarşılandıqlarını vurğulayan velosipedçi deyib: “Paytaxtınız çox gözəldir. Burada bizə yüksək qonaqpərvərlik göstərilir. Azərbaycanda olmaqdan çox məmnunuq və özümüzü burada rahat hiss edirik. O ki qaldı çempionata, onu demək istərdim ki, Azərbaycan bu mötəbər turniri uğurla təşkil edib. Burada olduğum üçün çox xoşbəxtəm”.

Dünya çempionatında güclü idmançıların iştirak etdiklərini vurğulayan braziliyalı velosipedçi qeyd edib ki, buna görə də əzmkarlıqla mübarizə aparmaq lazımdır. Onların çıxışlarını gördükcə yarışın nəticəsini əvvəlcədən demək çətinləşir. Hər şey sonda bilinəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.