DÜNYA


Braziliyanın ən iri bankları qoruyucu maskalara 8,7 milyon avro ayıracaq

Madrid, 4 aprel, AZƏRTAC

Braziliyadakı üç iri bank ("Bradesco", "Itaú Unibanco" və "Santander") COVID-19 pandemiyasından daha çox əziyyət çəkən ştatların hakimiyyət orqanları və icması üçün qoruyucu maskaların əldə olunmasına 50 milyon real (təqribən 8,7 milyon avro) ayıracaq.

AZƏRTAC xəbər verir ki, 2019-cu ildə xalis gəliri 12 milyard dollar (təqribən 11 milyard avro) təşkil edən banklar 15 milyon ədədə yaxın maska alacaqlar.

Bu bankların maliyyə yardımı kiçik bizneslə məşğul olan sahibkarları dəstəkləyəcək, çünki maskalar həmin kiçik şirkətlər tərəfindən istehsal olunacaq.

Braziliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək koronavirusdan 359 nəfər dünyasını dəyişib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.