SİYASƏT
Braziliyanın xarici əlaqələr naziri Azərbaycana səfərə gəlir
Bakı, 14 noyabr, AZƏRTAC
Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira noyabrın 15-də Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub.
Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.