MƏDƏNİYYƏT
Bremen musiqiçilərinin yeni il şənliyi
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyası balaca tamaşaçıların görüşünə maraqlı konsert proqramı ilə gəlir.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dekabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində “Bremen musiqiçilərinin yeni il şənliyi” adlı konsert təqdim ediləcək.
Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bütün yaradıcı heyətinin, o cümlədən rəqs, xor, uşaq musiqili teatrının, vokal qrupunun və digər kollektivlərinin iştirakı nəzərdə tutulub.
Yeni il konsertinin proqramına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]