İQTİSADİYYAT


Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir VİDEO

Bakı, 16 iyul, AZƏRTAC

TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin sabiq prezidenti, “Enerji Siyasəti” kitabının müəllifi, professor Brenda Şaffer deyib.

“Mən 1997-ci ildə ilk dəfə Azərbaycana gələndə bura müstəqilliyini yeni əldə etmiş, tənəzzül dövrü yaşayan bir ölkə idi. 27 il burada yaşayandan sonra və hazırda Azərbaycanı təkcə regiondakı ölkələrə deyil, həmçinin Avropaya neft və qaz ixrac edən, enerji sahəsində güclü ölkə kimi görmək inanılmazdır. Təkcə neft qaz sahəsində deyil, bu illər ərzində Azərbaycan doğurdan çox böyük inkişaf yolu keçib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” nəticəsində son illər Azərbaycanda sosial infrastruktura yatırılan investisiyalar, ölkə rəhbərliyinin ölkənin insan kapitalının inkişafına ayırdığı diqqətin nəticələri göz qabağındadır”, - deyə o bildirib.

B.Şaffer qeyd edib ki, son illər ərzində Azərbaycanda görülmüş işlər və onların uğurlu nəticələri danılmazıdır. Mənim fikrimcə, 2020-ci ilədək biz bütün perspektivləri tədqiq etməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.