İQTİSADİYYAT


“Brent” markalı neftin qiyməti 2014-cü ildən bəri ilk dəfə 87 dolları ötüb

Bakı, 18 yanvar, AZƏRTAC

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar artaraq 87,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,19 dollar bahalaşaraq 85,01 dollar olub.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.