İQTİSADİYYAT
“Brent” markalı neftin qiyməti ötən ilin yanvarından bəri ilk dəfə olaraq 67 dolları keçib
Bakı, 24 fevral, AZƏRTAC
Londonun ICE (Inter Continental Exchange Futures) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,8 faiz artaraq, 67,2 dollar təşkil edib. Satış meydanının Moskva vaxtı ilə saat 18.39-a (Bakı vaxtı ilə saat 19:39) olan vəziyyətinə dair rəqəmlər bunu göstərib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Brent”in bir barrel üçün qiymətinin sonuncu dəfə 67 dolları keçməsi 2020-ci ilin yanvarında qeydə alınıb.
Moskva vaxtı ilə saat 19.52-yə (Bakı vaxtı ilə saat 20:52) olan vəziyyətə görə, “Brent” neftinin satış sürəti 2,36 faiz geriləyərək bir barrel üçün 66,91 dollar səviyyəsində təşkil edib. Eyni zamanda, “WTI” nefti 2,27 faiz bahalaşaraq, bir barrel üçün 63,07 dollara bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]