İQTİSADİYYAT


“Brent” neftinin qiyməti 43 dolları keçib

Bakı, 14 oktyabr, AZƏRTAC

Birjalarda neft qiymətləri bahalaşır.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Valyuta Fondunun (BVF) enerji bazarına dair açıqladığı nikbin proqnozlar fonunda gün ərzində 1 dollar/barrelədək artıb.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 43,17 dollar, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 40,99 dollara alıcı axtarır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.